AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhərində Anım Gününə həsr edilmiş tədbir keçirilib - Video, fotolar

  • + A
  • - A
  • 27-09-2022, 10:38

    Masallı şəhərində  Anım Gününə həsr edilmiş tədbir keçirilib - Video, fotolar

    Bu gün Masallı şəhərində Masallı şəhidlərinin xatirəsinə salınmış Qəhrəmanlar Parkında Anım Günü ilə bağlı tədbir keçirilib. Azadmedia.az-ın Cənub bürosundan verilən məlumata görə öncə mərasim iştirakçıları Parkın girişində Dəmir Yumruq abidəsinin və şəhidlərin xatirə lövhəsinin qarşısına çiçəklər düzüb, şəhidlərin xatirələrini 1 dəqiqəlik sükutla yad edib. Sonra Masallı Şəhər Sənaye Məhəlləsinə gələn tədbir iştirakçıları şəhidlərin xatirəsinə ağac əkib, şəhid ailələrinin xatirələrini dinləyib, onları maraqlandıran, narahat edən sualları cavablandırıb, müvafiq tapşırıqlar verib.
    Anım Mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanı işçiləri, ictimaiyyət nümayəndələri, deputatın köməkçiləri və şəhid ailələri iştirak edib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ehtiramla anırıq!
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR