Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları inzibati ərazilərində xüsusilə turizm zonalarında məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, keçirilən sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 12 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub.
Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.