AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziyarətçilər Qarabağ Dirçəliş Fondunun stendinə böyük maraq göstərirlər – FOTO

  • + A
  • - A
  • 20-10-2022, 20:47

    Ziyarətçilər Qarabağ Dirçəliş Fondunun stendinə böyük maraq göstərirlər – FOTO

    Artıq ikinci dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi işinə başlayıb.
    Müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi onlar arasında bir növ ünsiyyət platforması rolunu oynayamaqla yanaşı, yeni əməkdaşlıqların da əsasını qoyacaq. Eyni zamanda Qarabağın bərpa və quruculuğu istiqamətində aparılacaq işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı da yaradacaq.
    İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və digər rəsmi şəxslər sərgidə iştirak edən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət ediblər.
    Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova nazir müavininə və digər ziyarətçilərə Fondun fəaliyyəti, məqsədləri, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib.
    P.Məmmədova eyni zamanda üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” “T-shirt” kolleksiyası barədə danışıb. Qeyd edib ki, Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “T-shirt” kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.
    Ziyarətçilər eyni zamanda Fonda ianə etməklə Qarabağın bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə verə bilərlər.
    Məlumat üçün bildirək ki, üç gün davam edəcək və oktyabrın 21-də işini yekunlaşdıracaq sərgiyə giriş sərbəstdir. Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi sərgiyə dəvət edirik.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR