Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Banbaşı kəndində seçiciləri ilə səyyar görüş-qəbul keçirib.Azadmedia.az xəbər verir ki, səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilatlar rəhbərləri, deputatın köməkçiləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.
Millət vəkili Məşhur Məmmədov görüş öncəsi Banbaşı kənd inzubati ərazisində Şəhidlərin xatirəsinə inşa edilən abidəni, kənd qəbiristanlığında uyuyan Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də Qarabağ şəhidlərini ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsini yad edərək, məzarlarına gül dəstələri düzüb.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar əsasən sosial, sənədləşmə, təhsilhaqqı, işə düzəlmək və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Millət vəkili görüşdə qaldırılan məsələlər istiqamətində müvafiq qurumlara qanunamüvafiq tapşırıqlar verdi. Bəzi problemlər yerindəcə həll edildi, digərləri qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.