Səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda yol qəzası keçirən AK Partiya sədr müavini Binəli Yıldırımın sağlamlıq durumu ilə bağlı məlumat verib.
Səhiyyə naziri Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Binəli Yıldırımın sağlamlıq vəziyyəti ilə bağlı paylaşım edib.
Nazir açıqlamasında bu sözləri deyib:
“Azərbaycanda keçirdiyi yol qəzasından sonra müalicəsi Başakşehir Çam və Sakura Xəstəxanasında davam edən cənab Binəli Yıldırımın səhhəti yaxşıdır. Sınıq səbəbindən bu gün keçirilən əməliyyat uğurla başa çatıb. Onlara bir daha can sağlığı arzulayıram”.Hürriyyet.com-dan tərcümə Elnurə Abuşovaya məxsusdur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.