AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Palmali”nin daha bir gəmisi Şəhid Səbuhi Əhmədovun adını daşıyacaq

  • + A
  • - A
  • 3-11-2022, 12:14

    “Palmali”nin daha bir gəmisi Şəhid Səbuhi Əhmədovun adını daşıyacaq

    Mübariz Mənsimov şəhid Səbuhi Əhmədovun qardaşına zəng edərək onun adını gəmilərdən birinə verəcəyini deyib. Həmin zəngdən bir neçə gün öncə Rusiyada yaşayan bloqer Hüseyn Həsənovun qohumu kimi özünü təqdim edən şəxs Sənanı aldadaraq bank hesabından pul oğurlamışdı. Ona görə də Mübariz Mənsimov Sənana zəng edəndə yenə də oyuna gətirildiyini düşünmüşdü. Amma bu dəfə zəng doğru idi və şəhidimizin adı verilmiş gəmi tezliklə dünya sularında üzəcək.
    Bu barədə məlumatı Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkədə bildirib və Mübariz Mənsimova təşəkkür edib.
    Azsdmedia az Mübariz Mənsimovun açıqlamasını təqdim edir:
    “Palmali”nin daha bir gəmisi Şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və Uşaq evlərindən birində böyüyüblər. Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb. “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bugün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım. Şəhidimiz Səbuhi, qardaşı Sənan, eyni zamanda, mənim qardaşlarımdır. Və mən qardaşımın, qardaşlarımın adını dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR