Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Əczaçılar Klubu" ictimai birliyinin birgə həyata keçirdiyi "Sağlam həyat, sağlam gələcək" adlı layihənin növbəti tədbiri Davam Gənclər Hərəkatında reallaşdı.
Tədbir qarşılıqlı sual cavab şəklində keçdi, gənclərin suallarına cavab verildi. Narkomaniya və onun fəsadları, müalicəsi, bu bəladan qurtulrmağın yolları və s. mövzusunda əczaçılar Aynur xanım və Elmar müəllim çıxış etdilər. "Əczaçılar Klubu" ictimai birliyinin sədri Şövqi Bunyatov tədbirdə çıxış etdi və yaratdığı şəraitə görə Davam Gənclər Hərəkatının rəhbərliyinə minnətdarlığını bildirdi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.