AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birliyin rəhbər şəxsləri şəhid ailələrini ziyarət ediblər

  • + A
  • - A
  • 5-11-2022, 19:11

    Birliyin rəhbər şəxsləri şəhid ailələrini ziyarət ediblər

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib. Daha sonra şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. Şəhidin atası, uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-də çalışan Məhərrəm İbadov övladının döyüş yolundan söz açaraq onun Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatıldığını qeyd edib. Qurum rəsmiləri görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıblar. Bildirilib ki, SOCAR rəhbərliyinin tapşırığına əsasən həssas əhali kateqoriyasına aid olan şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir. Şəhid ailələri də onlara göstərilən qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR