Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Əczaçılar Klubu" ictimai birliyinin birgə həyata keçirdiyi "Sağlam həyat, sağlam gələcək" adlı layihənin növbəti tədbiri Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində reallaşdı.
Azadmedia.az xəbər verir ki, tədbir qarşılıqlı sual cavab şəklində keçdi, tələbələrin suallarına cavab verildi. Narkomaniya və onun fəsadları, müalicəsi, bu bəladan qurtulrmağın yolları və s. mövzusunda əczaçılar Nərmin xanım və Elmar müəllim çıxış etdilər.
"Əczaçılar Klubu" ictimai birliyinin sədri Şövqi Bunyatov tədbirdə çıxış etdi və yaratdığı şəraitə görə kollecin rəhbərliyinə, şəxsən Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazova təşəkkür etdi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.