AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir müavini milyonlarla vəsaiti mənimsəyir, hesab soruşan yoxdu - İDDİA

  • + A
  • - A
  • 9-11-2022, 00:18

    Nazir müavini milyonlarla vəsaiti mənimsəyir, hesab soruşan yoxdu - İDDİA

    Ədliyyə Nazirliyinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. O, məhkəmələrin inzibati binasının tikintisini, təmiri üçün Dünya Bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri öz vəsaiti kimi xərcləyir. O, Ədliyyə Nazirliyində məhkəmələrin kuratoru hesab edilir. Məhkəmələrin inzibati binalarının təmir-tikintisi üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar A.Cəfərovun nəzarətində dağıdılır.

    Məsələn, Azər Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmənin binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini sözün kobud mənasında desək, ona "atır" və pulu qaytarmır. Deyir ki, səni o boyda məhkəməyə sədr təyin etmişik, get pulunu çıxart.
    Belə olan halda məhkəmələr rüşvət yuvasına çevrilir. Məhkəmədə bütün işlərin pullu olması belə bürokratik əməllərə görədir.
    Öz yerini Nazirlikdə təməlli bərkidən A.Kazımov bütün ailə üzvlərini vəzifələrə təyin etdirib. Həyat yoldaşı İradə Kazımova Suraxanı ZAQS-ın müdiridir, oğlu Ayxan prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışır.
    İş günləri olmadığı üçün Binəqədi Məhkəməsinin sədri Araz Kazımovadan məsələyə münasibət öyrənə bilmədik. Mövzuya qayıdacağıq.
    Qeyd: Faktlar araşdırmaçı-jurnalist Samir Feyruzovun səhifəsində yazdığı statusdan götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR