AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Dağlı olayında İran izi görünür - İDDİA

  • + A
  • - A
  • 9-11-2022, 17:10

    Rəşad Dağlı olayında İran izi görünür - İDDİA

    Sosial şəbəkələrdə Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı müzakirələr birmənalı deyil. Kimisi qınayır, kimisi haqq qazandırır. Tanınmış jurnalist Aygün Muradxanlı Rəşad Dağlı ilə bağlı sosial şəbəkədə paylaşım edib, Rəşad Dağlının qatilə çevrilməsində "İranın barmağı" olması versiyasını irəli sürüb. Azadmedia.az Aygün xanımın fikirlərini olduğu kimi təqdim edir:
    "Rəşad meyxanaçılar içərisində İranı, Xamneyini, narkotikanı açıq hədəf alan tək adam idi. İran da onu zərərsizləşdirdi. Külli miqdarda narkotik satdırdığı, həbsxanada olmayan beynini yuduğu, 15 gün öncə azadlığa çıxan əlaltısı vasitəsilə. Allah Rəşadın qapısını açsın.

    Nəzarəti general Ceyhun Həsənova tapşırılan türmələrdə İranın at oynatdığını deyəndə bunları nəzərdə tuturduq. Öldürülən şəxs həbsdən çıxdığı 15 gündə Rəşada 37 dəfə zəng edib. Əcəba niyə? Uzun müddət ev-eşiyindən uzaq qalan bir adamın başqa işi-gücü olmayıb? İndi Rəşada yaxşı vəkil lazımdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR