11 noyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olmuş şəhidlərimiz, Vətən müharibəsi qəhrəmanları şəhid mayor Həsənov Elşadın həyat yoldaşı Aksana Həsənova, şəhid baş leytenant Nurzadə Rövşənin həyat yoldaşı Təranə Quminskaya, XTQ-nin giziri şəhid Xəlilov Namiqin həyat yoldaşı Aytəkin Xəlilova, MAXE şəhid Həsənov Həsənin həyat yoldaşı Qəriyə Həsənova ilə görüşüb.
Dövlət Komitəsinin sədri B.Muradova əvvəlcə qonaqları salamlayıb və onları ali məktəbə qəbul olmaları münasibəti ilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.
Ermənistan üzərində tarixi qələbənin əldə edilməsinin 2-ci ildönümünü böyük qürurla qeyd etdiyimiz Zəfər dolu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.