AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nadir Adilov: Bütün mediasiya təşkilatlarının 1 illik fəaliyyəti audit ediləcək - Özəl

  • + A
  • - A
  • 11-11-2022, 21:39

    Nadir Adilov: Bütün mediasiya təşkilatlarının 1 illik fəaliyyəti audit ediləcək - Özəl

    Bütün mediasiya təşkilatlarının 1 illik fəaliyyəti audit ediləcək.
    Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun Azadmedia.az-a açıqlamasında bildirdiyinə görə, Mediasiya Şurasının reyestrinə daxil edilmiş bütün mediasiya təşkilatlarının fəaliyyəti audit ediləcək. O qeyd edib ki, bu ilin yanvar ayından fəaliyyət göstərən mediasiya təşkilatlarının ilin yekunları, nəticələr, meydana çıxan problemlər, nöqsanların araşdırılması və ciddi tədbirlər görülməsi məqsədi ilə bütün fəaliyyətləri audit ediləcək. Bu proseslərə kənar auditlə yanaşı, Mediasiya Şurasının Daxili Audit Komitəsi, İntizam və Etika Komitələri də qoşulacaq. Eyni zamanda biz bu proseslərdə Vətəndaş Cəmiyyətinin, QHT-lərin və Kütləvi İnformasiya Vasitələrinin də iştirakını dəstəkləyirik və bu sektorun hörmətli nümayəndələrini bu proseslərdə iştirak etməyə dəvət edirik.
    Audit proseslərinin keçirilməsində həm də əsas məqsədlərdən biri də çox qısa zamanda fəaliyyət göstərən mediasiya proseslərinin təhlil edilməsi, öyrənilməsi, mediasiya təşkilatları və vətəndaşlar arasında olan maliyyə münasibətləri sahəsində şəffaflığın təmin edilməsi, uçotun və statistikanın düzgün aparılmasına nəzarət edilməsi, mediasiya təşkilatları və mediatorlar arasında imzalanan vahid mülki müqavilənin tələblərinin monitorinq edilməsi yolu ilə mediatorların hüquqlarının qorunmasının da təmin edilməsidir.
    N. Adilov bildirib ki, hər bir mediasiya təşkilatı mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə öz audit hesabatlarının nəticələrini ictimaiyyətə və dövlət qurumlarına bəyan etmək məqsədi ilə auditin nəticəsi barədə ictimaiyyətə və Kütləvi İnformasiya Vasitələrinə məlumat verməlidir. O qeyd edib ki, Mediasiya Şurası həyata keçirilmiş audit proseslərinin nəticəsi barədə aidiyyatı dövlət orqanlarına da bütün mediasiya təşkilatlarının audit nəticələri barədə rəsmi məlumat verəcək. Onun sözlərinə görə, təxminən 11 aydır və daha az müddətdə fəaliyyət göstərən mediasiya təşkilatları üçün də bu təcrübə yenidir. Mediasiya təşkilatları rəhbərləri ilk dəfədir ki, bu sahəyə rəhbərlik edir və bu proseslərin birbaşa iştirakçıları olmaqla, rəhbərlik etdikləri sahəyə birbaşa məsuliyyət daşıyırlar. Ona görə bizim mövqeyimiz audit proseslərinin təşkili alətlərindən istifadə etməklə, şəffaflığın təmin edilməsi yolu ilə mediasiya təşkilatlarında baş vermiş və yaxud da baş vermə ehtimalı olan pozuntuların Mediasiya Şurası tərəfindən mərkəzləşdirilmiş qaydada araşdırılıb müəyyən edilməsi, öyrənilməsi və bu barədə ciddi qərarların qəbul edilməsidir.
    N. Adilov qeyd edib ki, əgər fəaliyyətində ciddi pozuntu aşkar edilən mediasiya təşkilatları olsa, bununla bağlı çox sərt və ciddi ölçü götürüləcəkdir. Həmin mediasiya təşkilatlarının reyestr qeydiyyatının ləğv edilməsi məsələləri qaldırılmaqla yanaşı, onların rəhbərlərinin də mediator fəaliyyətlərinə xitam verilməsi ilə bağlı Mediasiya Şurası öz səlahiyyətləri çərçivəsində tədbirlər görəcək və aidiyyatı orqanlar qarşısında məsələ qaldırılacaqdır. Ona görə də biz də digər nümunəvi qurumlardan nümunə götürərək bir illik fəaliyyəti ciddi təhlil etməli və növbəti ilin strategiyası üçün ciddi və nəticə yönümlü fəaliyyətə köklənməliyik.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR