AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutu yeni layihəyə başlayır

  • + A
  • - A
  • 14-11-2022, 23:34

    İlahiyyat İnstitutu yeni layihəyə başlayır

    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yeni layihəsi – “İlahiyyat TV” – fəaliyyətə başlayır.
    Layihənin məqsədi – İslam və digər elmləri özündə ehtiva edəcək proqramlarla dini maarifləndirmə istiqamətində doğru və düzgün məlumatlar vermək, eyni zamanda, sosial-psixoloji və aktual problemləri müzakirə etməkdir.
    “İlahiyyat TV” yutub platforması üzərindən İslam elmləri, dünya dinləri, din sosiologiyası, din psixologiyası və fəlsəfəyə aid proqramlar və dərslərin yayımlanmasını nəzərdə tutur.
    İlkin olaraq “Müasir dünya və din” və “İslam deyir ki...” proqramlarının, eyni zamanda, Təfsir, Hədis və Ərəb dili (danışıq) dərslərinin çəkilişlərinə başlanılıb.
    Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tədrislə yanaşı, cəmiyyətin dini maariflənməsi istiqamətində bir sıra layihələr həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR