AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdə dini təhsil almış şəxslərlə bağlı çox həssas suallar yaranıb...

  • + A
  • - A
  • 15-11-2022, 10:41

    Xaricdə dini təhsil almış şəxslərlə bağlı çox həssas suallar yaranıb...

    Aydın Quliyev,
    Siyasi şərhçi

    Xaricdə dini təhsilin səmərəsizliyi rəsmi səviyyədə bildirildi və bu, həmin şəxslərin təhsil aldıqları ölkədə yad təsirlərin altına düşmələri ilə izah edildi.Etiraf edim ki, ciddi arqumentdir .Həm də azərbaycançılıq ideologiyası üstündə qurulmuş dövlətçiliyimiz üçün böyük təhlükə mənbəyinə işarədir.Çünki xaricdə dini təhsil alanların və almışların tək dini cəhətdən deyil,həm də siyasi - ideoloji olaraq bizə uyğunsuz və ziyanlı təmayüllərə uya biləcəkləri kimi təhlükənin əlamətləri ortadadır.
    Azərbaycan gənclərinin dini təhsil aldıqları ölkələrin tam siyahısı əlimdə olmasa da ,İran,Suriya,İraq,Misir və sair ölkələrin bu siyahıda olduqlarına şübhəm azdır...Cavabları tapılmalı olan suallar çıxır..
    Məsələn,İndiyədək nə qədər gəncimiz xaricdə dini təhsil alıb? Bu sırada olan şəxslərin nə qədəri yad təsirlərin daşıyıcısı və təlqinçisi olub? Xarici xüsusi xidmətlərlə gizli əməkdaşlıq halları varmı?Bu sayaq fəaliyyətlər Azərbaycan dövlətinin mənafelərinə hansı ziyanları vurub?
    Bu şəxslərin indiyə qədərki fəaliyyəti araşdırılmalı deyilmi? Və sair..
    Unutmayaq ki, belə şəxslərin tək dini müəssisələrdə yox, həm də mötəbər dövlət strukturlarında işlədikləri barədə faktlar var..
    Yəqin çoxlarının nəzərləri dərhal İranın dini ocaqlarında oxumuş şəxslərə yönələcək..Bu öz yerində..Ancaq başqa ölkələrdə dini təhsil almışların da təmayüllü təsirlərdən kənar qaldıqlarını iddia etmək olmaz...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR