Məni tanıyanlar bilir, haqsızlıqlar görəndə paylaşanın kimliyindən asılı olmayaraq tanısam da, tanımasam da paylaşır, əlaqədar orqanları tağ edir, problemin aradan qaldırılmasına səsləyirəm. Hərdən yanıldığım anlar da olur. Bu dəfə də belə oldu. Ağacların kəsilməsi ilə bağlı şəkil və status gördüm, paylaşdım. Bu gün həmin ərazidə yaşayan sakinlərdən məlumat aldım ki, məlumat köhnədir, kəsilmiş olan ağac 4 il əvvələ aiddir, qurumuşdu, yanındakı ağacı da külək aşırmışdı. Hazırda quruduğu üçün kəsilən zeytun ağacının yanından pöhrələr cücərir. Məqsəd yaşıllığı məhv etmək olsa, dibinə məhlul töküb qurudardılar. Qanunvericiliklə 4 il əvvəlin söhbətini təzələmək də düz sayılmır. Amma fakt faktlığında qalır, kəsilən və küləyin qopardığı ağac obyektin qarşısında deyil. Bu gün mənim paylaşımıma cavab olaraq, boş qalmış ərazilərdə də sakinlər ağacların əkildiyini söylədi. Məni ağac əkilməsi xəbəri sevindirsə də, intiriqalar səbəbilə yazılanlara tələsik reaksiyam məyus etdi. Bir sözlə, ağacların kəsilməsi faktı özünü doğrultmadı.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.