AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gölməçəyə dönən Bakı küçələri, dözülməz tıxaclar... Ekspert həlli yollarını açıqladı

  • + A
  • - A
  • 15-11-2022, 18:08

    Gölməçəyə dönən Bakı küçələri, dözülməz tıxaclar... Ekspert həlli yollarını açıqladı

    Bir sutka intensiv yağan yağış yenə özü ilə ənənəvi problemləri gətirdi. Gölməçəyə dönən Bakı küçələri və səbrimizi daraldan tıxaclar problemini nəqliyyat üzrə ekspert Aslan Əsədovla çözməyə çalışdıq. A.Əsədov Azadmedia.az-a bildirdi ki, Bakı şəhərində və Bakı şəhərinin ətrafında son rəsmi statistikalara baxsaq, əhali məskunlaşması çox artıb. Bu da öz növbəsində Bakı şəhərinin meqapolisə çevrilməsinə gətirib çıxarıb. Nəticədə yerli infrastrukturun yenidən qurulmasına təlabat yaranıb. Ekspertin fikrincə kanalizasiya şəbəkələri, yağış-su drenaj şəbəkələri yenidən layihələndirilib qurulmalıdır: "Nəzərə alsaq ki, Bakı şəhərində ümumi kanalizasiya şəbəkəsinin yenidən qurulması son vaxtlara qədər şəhərin müxtəlif ərazilərində tikinti şirkətləri tərəfindən aparılıb, demək kifayət etməyib, daha çox yenidənqurulma aparılmalıdır. Yolların su basılması, kanalizasiya xətlərində daşmalar və sairin başlıca səbəbi xətlərin tələbatı ödəməməsidir. Mən düşünürəm ki, yaxın zamanda aidiyyəti qurumlar tərəfindən bu məsələyə baxılacaq, xüsusən də tez daşan və yolları su basan xətlərin təmirində daha iri diametrli boruların əvəz edilməsi işləri aparılacaq. Bu, dövlət proqramlarında da öz əksini tapıb".
    Tıxaclarla bağlı da Aslan Əsədovun fikirlərini öyrəndik. Ekspert yuxarıda qeyd etdiyi birinci sualın cavabına uyğun olaraq meqapolisdə tıxacların həmişə başağrısına çevrildiyini obyektiv və subyektiv səbəblərlə əlaqələndirdi. Obyektiv səbəb odur ki, nəqliyyat sıxdı, maşın sıxdı, bu da öz növbəsində tıxaca səbəb olan obyektiv səbəbdir. Subyektiv səbəb odur ki, vətəndaşlar yol hərəkəti qaydalarına düzgün riayət etmirlər. Bu da qanun pozuntusuna, vətəndaşların aqressiv davranışlarına gətirib çıxarır. Nəticədə tıxaclar qarşısıalınmaz həddə və narazılıqlara gətirib çıxarır. Bunun qarşısını almaq üçün nəzərdə tutulan işlər sürətlə görülməli, qanunlar işlənməli, hamı qanunlara riayət etməlidir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR