AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

  • + A
  • - A
  • 16-11-2022, 10:46

    Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

    İmtahanda iştirak etmək üçün 2465 namizəd qeydiyyatdan keçib.
    Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2022-ci il noyabrın 20-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
    Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər. Namizədlər imtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.
    İmtahan Bakı şəhərində 10 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
    Namizədlər imtahana gәlәrkәn aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
    - şәxsiyyәt vәsiqәsi;
    - imtahana buraxılış vәrәqәsi.
    Tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
    İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 225 nəzarətçi-müəllim və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
    İmtahanda iştirak etmək üçün 2465 namizəd qeydiyyatdan keçib. İmtahan 3 sааt dаvаm еdəcək.
    İmtahanda namizədin seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 (bir) balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal) vә nәticәlәr hesablandıqda sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir.

    DİM-in mətbuat xidməti
    Tеl: (+99 412) 310-53-16 (dax. - 1117)
    E-mail: press@dim.gov.az; http://dim.gov.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR