AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qobustanda "QADIN VƏ QIZLARIN ÖZÜNÜ MƏŞĞULLUQ PROQRAMINA CƏLB OLUNMASI PRESPEKTİVLƏRİ" mövzusunda treninq proqramı keçirilib

  • + A
  • - A
  • 15-11-2022, 10:49

    Qobustanda "QADIN VƏ QIZLARIN ÖZÜNÜ MƏŞĞULLUQ PROQRAMINA CƏLB OLUNMASI PRESPEKTİVLƏRİ" mövzusunda treninq proqramı keçirilib

    "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Mətbuat Departamentindən verilən məlumata görə sözügedən QHT “Şırvan zonasında həssas qruplardan olan qadın və qızların özünü məşğulluq proqramına cəlb olunması təşəbbüsləri - informasiya-treninq layihəsini 01.10.2022-30.11.2022-ci il tarixlərində Şirvan regionunun Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında icra etməyə başlamışdır. Layihənin kordinatoru "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Direktoru Südabə Şirəliyevadır. Südabə xanım tərəfindən Layihəyə bacarıqlı təlimçilər dəvət edilmişdir.
    14 oktyabrda və 15 noyabr 2022-ci il tarixində treninqlər Qobustan rayonunda yaşayan qadınlar üçün keçirildi. Azərbaycan dövlətininn prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qadınlarin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır.
    Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Kiçik və orta biznesin inkişafı
    qeyri- neft iqtisadiyyatına, dayanıqlı iqtisadi
    artıma və sosial rifaha aparan əsas yoldur".
    Biz qadınlar bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Sirr deyil ki, hər bir qadının parlaq uğura nail ola biməsi üçün bilik və bacarıqları artırılmalı, müxtılif maarifləndirici treninqlər ardıcıl keçirilməlidir.
    Treninqlələrin keçirilməsində trener, exspert, layıhə koordinatoru və layihə üzrə nəzərdə tutulmuş yaradici koolektiv iştirak etmişdir.
    Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlərin görülməsi bir QHT-nin də əsas istiqamətlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar.
    Eyni zamanda, regionlarında, yaşayan qadınlar özəl biznes və aqrar təsərrüfatlarını yaratmaq üçün bu treninqlərdə iştirak etdiklərini bildirmişlər. Ölkəzmizdə aparilan iqtisadi islahatlar, qururculuq işləri də Qobustan rayonunda əsaslı inkişafın göstəricisi kimi qiymətləndirilməlidir. Bunun nəticəsidir ki, son illərdə Qobustan rayonunda da qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır.
    Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Treninqlər zamanı qadınlara bildirildi ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq .

    Elnura Abuşova
    Layihənin informasiya üzrə əlaqələndiricisi

    “Qadın və Müasir Dünya” Mərkəzi
    Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
    (+99450)332 26 18
    cwmw_az@yahoo.com









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR