Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib
TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.
Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib.
Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.