AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Ağsuda treninq keçirdi

  • + A
  • - A
  • 17-11-2022, 23:19

    "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Ağsuda treninq keçirdi

    Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, region qadınlarının məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və region xanımlarının dəstəyi ilə əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi üçün başlıca məqsədlər olaraq müəyyən edilmişdir.
    Əhalinin sosial müdafiəsinin gücləndirilməsində, məşğulluq səviyyəsinin artırılmasında, layiqli əməyin təmin edilməsində və işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsində sosial dialoq və tərəfdaşlıq həlledici rol oynayır. Buna görə də işsiz, işaxtaran və məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün sosial dialoqun inkişaf etdirilməsi əsas məqsədlərdən biri olmaqla, daim diqqət mərkəzində saxlanılacaqdır.
    Əvvəlki məqalələrdə qeyd etdiyimiz kimi "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Mətbuat Departamentindən verilən məlumata görə sözügedən QHT “Şırvan zonasında həssas qruplardan olan qadın və qızların özünü məşğulluq proqramına cəlb olunması təşəbbüsləri - informasiya-treninq layihəsini 01.10.2022-30.11.2022-ci il tarixlərində Şirvan regionunun Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında icra etməyə başlamışdır. Layihənin kordinatoru "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin Direktoru Südabə Şirəliyevadır.
    17.11.2022-ci ildə növbəti treninq Ağsu rayonunda baş tutdu. Treninqdə iştirak edən qadınlara regionlarda məşğulluq imkanları izah edildi, onların maraqları dairəsində biznes-planlarını qurmalarına dəstək ifadə edildi. Region xanımları üçün istər peşə təhsili almaqda, istərsə də eko turizmə dəstək verməklə öz bizneslərini qura bilmələri üçün gələcəkdə treninqlərin təşkil edilməsinə qərar verildi.
    Treninqdə iştirakçılara peşə təhsili müəssisələrinə qəbul qaydaları, əmək bazarında mövcud olan aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verildi.
    Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Treninqlər zamanı qadınlara bildirildi ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq .

    Elnura Abuşova
    Layihənin informasiya üzrə əlaqələndiricisi


    “Qadın və Müasir Dünya” Mərkəzi
    Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
    (+99450)332 26 18
    cwmw_az@yahoo.com





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR