AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkotik asılılığından pulsuz necə müalicə almaq olar? - AÇIQLAMA

  • + A
  • - A
  • 18-11-2022, 15:30

    Narkotik asılılığından pulsuz necə  müalicə almaq olar?  - AÇIQLAMA

    Əsrin bəlası olan narkomaniyanın törətdiyi fəsadlar məlumdur, bu barədə yazıb oxucuları yormaq istəmirəm. Bəzən təsir altına düşüb narkotikə qurşananlar peşiman olur, müalicə alıb normal həyata qayıtmaq istəyir. Yolun yarısından qayıtmağa çalışanlar hara müraciət etməlidir? Dərmanlara güzəşt varmı? Bu suallara Respublika Narkoloji Mərkəzindən cavab almağa çalışdıq. Qeyd edim ki, müalicə alıb normal həyata qayıtmaq üçün ən başlıcası güclü iradəyə sahib olmaq lazımdır.
    Respublika Narkoloji Mərkəzindən Azadmedia.az-a verilən cavabları təqdim edirəm:

    - Narkoloji qeydiyyatda olanlar üçün dərmanlarda güzəşt varmı?

    - Dövlət Narkoloji Tibb Müəssisələrində stasionar müalicədə olan xəstələr üçün müalicə (o cümlədən dərman təminatı) dövlət hesabına tam ödənişsizdir. Ərazi prinsipi üzrə ambulator müalicə üçün müraciət edən xəstələrə həkim müayinəsindən sonra müalicə təyin olunur. Müvafiq dərmanlar reseptlərdə yazılır.
    - Sağalmaq istəyən narkomanlar öz hesablarına həkimə müraciət edərsə, dərmanlara güzəşt varmı?
    - Xəstələr öz hesabına təyin olunmuş dərmanları aptekdən almalıdır. Bu halda narkoloji xəstələr üçün heç bir güzəşt tətbiq olunmur.
    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR