DİN-in Mətbuat Xidmətindən
Azadmedia.az-a bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir. Belə ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.