AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Badamdar Estates” mehmanxanasında vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib

  • + A
  • - A
  • 18-11-2022, 22:38

    “Badamdar Estates” mehmanxanasında vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib

    Bu gün “Badamdar Estates” mehmanxanasında vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib.
    Mərasimi açılış sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbirdə iştirak edən hər kəsi salamlayaraq qeyd etmişdir ki, bu gün çox əlamətdar gündür. Müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, vəkil İkram Kərimov müzəffər xalqın nümayəndəsi kimi, Şuşa ilində cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. İ.Kərimovun “Şöhrət” ordeni ilə təltifi cənab Prezident tərəfindən Azərbaycanda vəkillərə göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk.

    A.Bağırov çıxış edərək həmçinin İkram Kərimovun bu il 80 illik yubileyini qeyd edərək onun hüquq sahəsindəki məhsuldar fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, İ.Kərimovun 18.04.1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olduğunu, 1966-cı ildən 1987-ci ilə kimi prokrorluq orqanlarında, 1987-ci ildən 2012-ci ilə kimi Respublikanın müxtəlif məhkəmələrində sədr vəzilərində fəaliyyət göstərdiyini qeyd etmişdir. 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan İ.Kərimov bir sıra dövlət təltiflərinə layiq görülüb.

    Sonra Anar Bağırov İkram Kərimova “Şöhrət” ordenini və vəsiqəsini təntənilə təqdim etmişdir.
    Daha sonra Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorunun müavini Xanlar Vəliyev çıxış edərək qeyd etmişdir ki, "bilirsiniz ki, Cinayət mühakimə icraatının təməl daşı müstəntiqdir. İkram müəllim də sözün əsl mənasında ən yaxşı müstəntiq kimi tanınıb. Hər zaman ədalətli, obyektiv dövlətini sevən insandır. Ümumiyyətlə, mən deyə bilərəm ki, bu gün də Vəkillər Kollegiyasının sıralarında dövlət və dövlətçilik ideyalarına sadiq adamlar birləşib". X.Vəliyev Kollegiyanın son dövrlərdəki fəaliyyətini, inkişafını müsbət qiymətləndiridiyini qeyd edərək İkram müəllimi təbrik etmiş və ona gələcək həyatında uğurlar arzulamışdır.

    Tədbirdə, həmçinin, hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Kollegiyanın üzvləri, eyni zamanda, hüquq elmləri doktorları Namiq Əliyev və Alış Qasımov, “Yusifbəyli və partnyorları” vəkil bürosunun müdiri Rəsul Yusifbəyli çıxış edərək İ.Kərimovun keçdiyi həyat yolu, onun fəaliyyəti, Kollegiyanın son dövrlərdəki fəaliyyəti barədə öz fikirlərini bölüşmüşlər.

    Daha sonra, fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunmuş və xatirə fotosu çəkilmişdir.
























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR