AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

  • + A
  • - A
  • 19-11-2022, 16:04

    AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

    Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlayıb.

    Bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

    AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

    AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR