18-19 noyabr 2022-ci il tarixində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Lənkəran şəhərində TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.
Konfransda açılış nitqilə çıxış edən ECM-nin direktoru, professor R.M.Ağayev toplantı iştirakçılarını salamlayıb və TƏBİB-in dəstəyilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.
Konfransda Mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, həmçinin anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar baş tutub və iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.