AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyan sakini yarıtmaz qurumların məsuliyyətsizliyindən əziyyət çəkir

  • + A
  • - A
  • 6-12-2022, 15:11

    Salyan sakini yarıtmaz qurumların məsuliyyətsizliyindən əziyyət çəkir

    Fariz Abdullayev Salyan şəhər sakinidir. Azərsu ASC Salyanı fasiləsiz su ilə təmin etsə də, 1 həftədir ki, Farizin Təbriz Xəlilbəyli kücəsi 102-də yaşayan ailəsi sudan istifadə edə bilmir. Salyan sakininin Azadmedia.az-a verdiyi məlumata görə vaxtilə Azərişıq əməkdaşları kabelləri yerin altı ilə çəkərkən su turbalarını zəgələyib. Turbalardan axan su evlərə yox, küçəyə axır. Son zamanlar su boruları tamam sıradan çıxıb, evə su gəlmir, təzyiqlə verilən su, ümumiyyətlə su borusunu yararsız hala salıb. Küçəyə axan su asfaltı yararsız hala salır, gediş-gəlişi çətinləşdirir. F. Abdullayev dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, cavabsız qalıb. Kömək gəlmədiyini görüb, özü usta gətirib. Küçəyə gələn su xəttinə kran qoyulmayıb, yeni turba quraşdırmaq üçün ən azı yarım saat müddətinə su verilişi dayanmalıdır. Rayondakı səlahiyyətlilər sakinin bu xahişini də qulaqardına vurub.
    Hörmətli Salyan rayonunda problemə məsul şəxslər, ümid edirəm ki, xırda problemin böyüyüb narazılığa çevrilməsinin qarşısını tezliklə alacaqsınız. Mən özüm də Salyan rayon sakiniyəm, istəmirəm Salyanla bağlı neqativ xəbərlər manşetləri bəzəsin.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR