Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə "Masallı Təhsil Fondu" yaradılmışdır. Bildiyiniz kimi hazırda ölkəmiz dinamik inkişaf yolundadır. Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. Ölkə Rəhbəri təhsil sahəsinin inkişafına diqqət göstərir. Məhz buna görə də, Millət Vəkili Məşhur Məmmədov xüsusən qızların təhsil almalarına böyük önəm verir.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, "Masallı Təhsil Fondu" üç illik fəaliyyəti müddətində 160 nəfər qızın Dövlət Pedaqoji Universitetlərin müəllimlik ixtisasına təhsil almalarına köməklik göstərmişdir.
Tələbələrin təhsil haqqları və təqaüdlə təmin olunmaları Təhsil Fondunun Nizamnaməsinə uyğun müəyyən edilmişdir.
Hər semestr başa çatdıqdan sonra onlarla görüş keçirilir, tələbələrin uğurları haqqında məlumatlar dinlənilir.
Masallı şəhər 70 saylı seçki dairəsinə daxil olan 25 tam orta, 9 ümumi orta məktəblərin şagirdləri "Masallı Təhsil Fondu"nun üç illik fəaliyyəti dövründə ali məktəblərə daxil olmalarına kömək məqsədi ilə test kitabları hədiyyə edilmişdir. Ənənəyə əsasən, bu tədris ilində də Rayonun ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan qızlarına test kitabları Azərbaycan dili, Riyaziyyat, abituriyent jurnalı və cavab kartları hədiyyə edildi.
"Masallı Təhsil Fondu" bütün tələbələri və valideynlərini, həmçinin XI sinifdə təhsil alan qızlarımı onların valideynlərini 31 Dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, təhsildə uğurlar arzu edir!
"Masallı Təhsil Fondu" nun direktoru: Hüseyn Hüseynov
"Masallı Təhsil Fondu"nun əməkdaşı:Rəmzi Şahverdiyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.