Struktur bölmənin adı: Dövlət İmtahan Mərkəzi, Daxili audit xidməti
Vəzifənin adı: daxili auditor
Təhsilə və iş təcrübəsinə dair tələb: ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit sahəsində üç illik iş stajı.
Qulluq funksiyaları:
- Daxili nəzarət sistemlərinin mövcud olmasını, effektivliyini və adekvatlığını yoxlayır və qiymətləndirir;
- Audit yoxlanılması üçün hər bir sahəyə dair fəaliyyət planını tərtib edir;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirir;
- Təyin edilmiş vaxt çərçivəsində audit olunan sahənin risk təhlilini həyata keçirir;
- Risk yönümlü audit proqramlarını tərtib edir;
- Audit yoxlamasının əhatə dairəsini böyük auditorun dəstəyi ilə təyin edir;
- Təyin edilmiş sahədə audit testlərini həyata keçirir
- Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə, qaydalara uyğun olmasını müəyyən edir;
- Zəruri hallarda daxili qaydalara dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir.
Xarici dil biliklərinə dair tələblər: Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dilləri arzuolunandır.
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.
Namizədə dair xüsusi tələblər:
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Analitik və kritik düşünmə;
- Qərəzsizlik və müstəqillik;
- Stressə davamlılıq;
- Vətəndaş qüsursuzluğu.
Qeyd: Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı (Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya – CIA; Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması - ACCA F1, F2, F3 və/və ya ACCA DipIFR; İT audit sahəsində çalışan auditorlara professional sertifikasiya - CİSA) olan namizədlərə üstünlük veriləcək.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla
a.quliyeva@dim.gov.az elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.