Lavrovdan Leypsiq aeroportundakı PUA ilə bağlı açıqlama: “Bu, müharibənin başlanğıcıdır”

Rusiya xarici işlər naziri Sergey Lavrov Leypsiq/Halle hava limanında aşkarlanan PUA ilə bağlı Almaniyanın Moskvaya yönəltdiyi ittihamlara münasibət bildirib.
Lavrov hadisə ilə bağlı Rusiyaya qarşı ittihamların araşdırılmadan irəli sürüldüyünü deyib.
O, Almaniyanın Rusiya diplomatik nümayəndəliklərinə qarşı atdığı addımları sərt şəkildə tənqid edib və bu siyasəti İkinci Dünya müharibəsindən əvvəlki dövrlə müqayisə edib.
“Bunun Rusiya dronu olduğu heç bir araşdırma aparılmadan bildirildi. Bu, böyük mənada əsl müharibənin başlanğıcıdır”, - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri Berlinin siyasətindən nəticə çıxarılacağını vurğulayıb və bəzi Avropa siyasətçilərinin yaxın gələcəkdə siyasi mövqelərini itirəcəyini iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.