AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

  • + A
  • - A
  • 13-01-2023, 17:35

    DİM Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

    Struktur bölmənin adı: Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti, İnsan resursları və hüquqi təminat şöbəsi, Hüquqi təminat sektoru
    Vəzifənin adı: aparıcı məsləhətçi
    Təhsilə dair tələb: hüquqşünaslıq ixtisası üzrə ali təhsil.
    İş təcrübəsinə dair tələb: tələb müəyyən edilmir.
    Qulluq funksiyaları:
    - müvafiq sahədə qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması və ekspertizasının aparılması;
    - hüquqi məsələlərlə bağlı məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Mərkəzin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsinin təmin edilməsi;
    - əməkdaşlara Mərkəzin səlahiyyətləri, fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlərin verilməsi və Mərkəzin fəaliyyətini tənzimləyən yeni qəbul edilmiş hüquqi aktlar barədə onların məlumatlandırılması;
    - dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;
    - dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi və bu barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
    - dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, həmin halların aradan qaldırılması, o cümlədən dövlət orqanlarının qərarlarının ləğv edilməsinə üçün sektor müdirinə təkliflərin verilməsi;
    - dövlət qulluğuna dair qanunvericiliyin və etik davranış qaydalarının təkmilləşdirilməsi üçün təkliflərin verilməsi və dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;
    - sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi;
    - sektora daxil olmuş sənədlərə, layihələrə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasının və müvafiq rəy verilməsinin təmin edilməsi.
    Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.
    Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.
    Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla a.quliyeva@dim.gov.az elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək göndərə bilərlər.
    Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR