AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra edilən bütün layihələr Agentliyi qane etdimi? - AÇIQLAMA

  • + A
  • - A
  • 25-01-2023, 01:45

    İcra edilən bütün layihələr Agentliyi qane etdimi? - AÇIQLAMA

    Xəbər verdiyimiz kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirdi.
    Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat konfransının məqsədi haqqında məlumat verərək və bildirdi ki, Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan edib. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub. Həmçinin xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub. Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.
    Azadmedia.az-ın əməkdaşının "İcra edilən bütün layihələr Agentliyi qane etdimi?" sualına Aygün xanım heç yerdə 100 faizlik keyfiyyət əmsalının olmamasını xatırladaraq bəzi layihələrin gözlənildiyindən daha yaxşı, bəzilərinin nisbətən zəif olmasını, ümumi nisbətdə layihələrin icrasının qənaətbəxş olduğunu bildirdi və qeyd etdi ki, gələcəkdə QHT rəhbərləri ilə müzakirə və məsləhətləşmələrə daha çox vaxt ayrılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR