AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PA rəsmisi layihələrin qiymətləndirilməsi mexanizmini AÇIQLADI

  • + A
  • - A
  • 25-01-2023, 02:30

    PA rəsmisi layihələrin qiymətləndirilməsi mexanizmini AÇIQLADI

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabusinə təqdim edilən layihələrin nəticələrinin müsbət qiymətləndirildiyini bildirib.
    Azadmedia.az-ın konfransda iştirak edən əməkdaşınının verdiyi məlumata görə PA rəsmisi qiymətləndirilmənin aparılması mexanizminə diqqət çəkərək qeyd edib ki, “Şuşa İli”nə həsr olunmuş layihələrin miqyası sosial media seqmenti üzrə də monitorinq edilərək layihələr barədə məlumatlar, paylaşımlar, Qarabağ - Şuşa məkanının sosial medianın müxtəlif platformalarda dünya trendinə çıxdığı xüsusi proqramlar vasitəsilə təsdiqlənib. Aparılan monitorinqlər nəticəsində Layihələrin nəticələri müsbət qiymətləndirilib.
    Xatırladaq ki, Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan edib. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR