Dünən Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil edilmişdi. Azadmedia.az-ın media-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə Cəlilabad Rayon Mərkəzi Xəstəxansı aparılan dəyişikliyə uyğun olaraq müasir standartkara cavab verən xəstəxanaya çevrilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxansının direktoru Elnur Azadxanovun
Azadmedia.az-a verdiyi məlumata görə İcbati tibbi sığortanın tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad MDM də RMX-nin tabeliyinə verilib: “Xəstəxanada ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə fəaliyyət göstərir. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.
İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş Mərkəzi Laboratoriya şöbəsi fəaliyyətə başlayıb: “Xidmətlər Zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (Biokimya, İmmunokimya, Hematologiya, Mikrobiologiya, İmmunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstəriləcək”.
Məlumat üçün deyək ki, xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, posttravmatik torakal əməliyyatlar və s.) icra olunur. Tibb müəssisəsində Reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa Diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb.
Tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə 200 çarpayılıq xəstəxanada Cərrahiyyə, Doğum və Ginekologiya, Terapiya, Pediatriya, Dializ, İnfeksion, Şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir.
Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət rayonun əhalisinə Cəlilabadda sığortadan yararlanaraq müayinə və əməliyyat xidmətləri göstəriləcək
Dünən Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil edilmişdi. Azadmedia.az-ın media-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə Cəlilabad Rayon Mərkəzi Xəstəxansı aparılan dəyişikliyə uyğun olaraq müasir standartkara cavab verən xəstəxanaya çevrilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxansının direktoru Elnur Azadxanovun Azadmedia.az-a verdiyi məlumata görə
İcbati tibbi sığortanın tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad MDM də RMX-nin tabeliyinə verilib: “Xəstəxanada ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə fəaliyyət göstərir. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.

Elnurə Abuşova