Gənclər və İdman Nazirliyinin Masallı rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət idarəsində 2 fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Azadmedia.az-ın Cənub bürosundan verilən məlumata görə tədbirdə icra hakimiyyətinin başçı və aparatı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP üzvləri, millət vəkili Məşhur Məmmədov, Regional Mədəniyyət İdarəsinin rəhbəri, eyni zamanda Masallı rayon Gənclər İdman İdarəsinin rəisi Sadiq Cahangirov tədbirdə iştirak edib. Tədbir Ümummilli Lider Heydər Əliyevin gənclər barədə səsləndirdiyi şüarı ilə başlayıb. Şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdən öncə Mədəniyyət Evinin qarşısında yerləşən Heydər Əliyevin büstü üzərinə gül dəstələri düzülüb.
Millət vəkili Məşhur Məmmədov tədbirdə çıxış edərək Masallı gənclərini və Respublila gənclərini təbrik edib, gənclərin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Masallı Təhsil Fondunun Masallı gənclərinə, xüsusən gənc qızlara önəmindən bəhs edib. Masallı Gənclər İdman İdarəsinin Gənclərlə mütəmadi olaraq işləməsindən və onun uğurlu nəticəlırindən, gənclərin idman sahəsində xüsusi uğurlarından bəhs edib. Sonda Masallı gəncləri sertifikat və hədiyyələrlə təltif ediliblər. Millət vəkili Məşhur Məmmədov bir sıra gəncləri qazandıqları uğurlara görə hədiyyə və tərifnamələrlə yanaşı YAP-ın üzvlük vəsiqəsini təqdim edib. Tədbir rəsmi hissədən sonra gənclərin konserti ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.