AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda hündürmərtəbəli evlərdə yaşayanlar narahatdır

  • + A
  • - A
  • 7-02-2023, 15:14

    Bakıda hündürmərtəbəli evlərdə yaşayanlar narahatdır

    Tarixçi-alim Zaur Əliyev yazır...
    "Allah uzaq eləsin!
    Bakıda Türkiyədəki kimi zəlzələ olsa son 20 ildə tikilən və hazırda da tikintiləri davam edən yüzlərlə bina, eyni zamanda köhnə tikililər buna dözə biləcəkmi. Açığı ekspert deyiləm, amma dünəndən bu günə qədər internetdə olan yüzlərlə material oxumuşam, açıqlamalar oxumuşam. Etiraf edim. Qorxuram. Özüm də yeni tikili binada yaşayıram, amma binanın tam keyfiyyətli olmasına əmin deyiləm. Oxuduğum materiallardan gəldiyim qənaətlər ürəkaçan deyil.
    İlk öncə Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlamasını diqqətinizə çatdırıram “ Azərbaycanda yeni tikililər tamamilə nəzarət altındadır və zəlzələyə qarşı tam dözümlüdür: İnsanlarımız yeni tikilən hündürmərtəbəli binalarda rahatlıqla yaşaya bilərlər”
    Və məni qorxudan da bu açıqlamadır. Azərbaycanda FHN belə açıqlama verirsə bu məni narahat edir. Çünki illərdir onların bu cürə o qədər açıqlaması olub, amma nəticə: Keyfiyyətsiz tikililərə izn verilməkdə davam edilir. Şəhərdə yol kənarına yaxın o qədər binalar var ki, hamısının alt hissəsi iri mağazalar, ofislər və marketlər üçün satılıb yaxud icarəyə verilib. Təkcə yaşadığım Xırdalanda neçə belə bina var ki, o yerləri icarəyə götürənlər rekonstruksiya edib binanın tikinti formasını dəyişiblər. Gah sütunları söküblər, gah da binanın lap alt hissəsini qazıb orda ofislər, mağazalar, marketlər açıblar. Xırdalanda köhnə bazarın yanında, yol kənarında olan binanı misal olaraq göstərə bilərəm. Binanın icarə üçün yaradılan birinci mərtəbəsindən əlavə, zirzəmi hissəsni də təmir edib mağazalar açıblar. İkinci məni narahat edən məsələ binaların yol kənarında, bir birlərinə çox yaxın məsafədə tikilməsidir. Paytaxtda mərkəz hissələrdə çoxmənzilli, hündürmərtəbəli binalar mövcud tikinti standartlarından kənar inşa olunub, bir-birinə, sosial obyektlərə çox yaxındır. Hətta təbii fəlakəti qoyaq kənara, insan sağlığı üçündə problemlər yaradır bir birinə yaxın tikilən binalar. Binaları elə tikirlər ki, biri o birinə işıq, günəş şüası düşməsinin qarşısını alır. Hava da normal dövr etmir. Bu da sakinlər üçün təhlükədir. Müxtəlif xəstəliklər yarada bilər. Yol infrastrukturuna çox yaxındır, demək olar ki səkilərin, yol keçiddlərinin üzərindədir. Bu isə təhlükəlidir. Eyni zamanda paytaxtın şərq hissələri Bakının ən çox zəlzələ baş verən hissəsidir. Burada il ərzində 700-800 titrəmə qeydə alınır. Onların bəziləri 3 baladək olur, amma 9 baladək zəlzələ də baş verə bilər. Buna görə də həmin ərazidə yaşayış binaları tikilərkən bu amil nəzərə alınmalıdır və binalar heç olmasa, 9-10 bala dözümlü tikilməlidir. Köhnə binaların vəziyyəti isə yenidən qiymətləndirilməlidir və onlar yenilənməlidir. Amma gəlin baxın: köhnə sovetski, Badamdar,Bayıldan düz Şıxova qədər olan ərazilərdə, Nərimanov heykəlinin yanı və üzü yuxarı nə qədər bina tikilib. Özü də çox yaxın məsafə var aralarında. Əksəriyyətinin də aşağısı böyük mağaza və marketlər, klinika və sairələr üçün icarəyə verilib. Yolkənarı binaların birinci mərtəbələrindəki yaşayış evlərini qeyri-yaşayış obyektlərinə çevirmək üçün ciddi konstruksiya dəyişikliyi olunması, yəni yük daşıyıcı ana divarların sökülərək qapı və vitrinlərin açılması müddəti başa çatmış binaları daha da qəzalı vəziyyətə salır. Bəzi binalardakı əlavə artırmalar da binaların yüklənməsinə və tarazlığının pozulmasına gətirib çıxarır. Bunun üçün icazəsini kim verir?
    FHN və İcra hakimiyyətləri. Necə verir? Bunu isə bilməyən yoxdur.

    Mütəxəssislərin qeyd etdiklərdən anlamaq olur ki, birbloklu binalar təhlükəlidir. Çoxbloklu binalar da lentvari – dalğavari tikilməlidir ki, zəlzələ olarsa, təkanların gücü azalsın. Çünki dalğavari tikililər bir-birinə dayaq olur.Rusiyalı tədqiqatçı İvan Rıbkin yazır ki, zəlzələ proqnozu ilə bağlı alimlər çox optimist fikirdə idilər, indi isə bu optimizimdən əsər-əlamət qalmamışdır. Bunun bir səbəbi də onunla bağlıdır ki, bir neçə dəfə verilən proqnoz özünü doğrultmamış, aparılan evakuasiya tədbirləri inamsızlıq yaratmışdır. İndi çıxış yolu seysmik dağılma riskinin azaldılmasıdır. Bu riskin azadılması üçün isə mütləq binalar keyfiyyətli və dözümlü tikilməlidir. Hazırkı şəraitdə binaların dözümlülüyü və keyfiyyəti ilə yanaşı, fövqəladə hal zamanı insanların həmin ərazilərdən evakuasiya oluna bilməyəcəyi də narahat edir məni. Hara gedəcik? Harda hansı şəraitdə qalacıq? Bakıda elə bir yerlər varmı? Bu gün binamızda komendata da bu sualı verdim: “binaların yer altı sığınacaqlarının və ehtiyat cıxışları varmı”. Cavab yox idi.
    Şəxsən Allah uzaq eləsin belə hadisə olsa, illərdir qurduğum hər şey cəhənnəmə, ailəmdən birinə nəsə olsa bina sahibi, FHN və hökumətin dedikləri qarşımı belə alamayacaq! Ona görə də bu işdə məsul olan şəxslər. Biz başqaları kimi deyilik, bir zərər verərsiz yüz cavabını alarsız".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR