AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçirilib

  • + A
  • - A
  • 9-02-2023, 18:09

    Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçirilib

    SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü baş tutub. Qurumdan Azadmedia.az-a verilən məlumats görə tədbirdə ilk olaraq Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev çıxış edərək aksiyanın məqsəd və məramı haqqında ətraflı məlumat verib. Ardınca KOBİA nümayəndəsi mikrofon önünə keçərək sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində yardım göstərməyə hazır olduqlarını vurğulayıb. Aksiyada sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar. Sahibkarlar debitor borcun araşdırılmasını sakinlər isə fərdi yaşayış evləri ilə yanaşı, xeyir-şər evinin qazlaşdırılmasını istəyiblər. Görüşdə səslənən təklif və problemlər yerindəcə aydınlaşdırılaraq müvafiq qərarların verilməsi üçün aidiyyəti üzrə yönləndirilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR