AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistin yaxın qohumuna şəhid ailəsi problem yaşadır? – Şikayət

  • + A
  • - A
  • 15-02-2023, 09:22

    Jurnalistin yaxın qohumuna şəhid ailəsi problem yaşadır? – Şikayət

    Şəhid qardaşısansa, başqa vətəndaşın torpağını zəbt etməlisən?
    Azadmedia. az xəbər verir ki, bu sözləri şəxsi faceboook səhifəsində Bayraqdar.info Xəbər Portalının təsisçisi, əməkdar jurnalist Azər Həsrət yazıb.

    Onun sözlərinə görə yanvarın 23-də Xaçmaz rayon sakini olan yeznəsi xəbər verib ki, onun Qusar rayonunun Gilahoba kəndində olan torpağının bir hissəsini Rauf Meyvəddinoviç Ramaldanov adlı şəxs zəbt edib. Bununla bağlı o, Qusar polisinə şikayət edib, şikayətinə baxılmır. Bu azmış kimi zəng vuraraq yeznəsinə deyiblər ki, o Raufla razılaş. Razılaş deyəndə də, jurnalistin dediyinə görə, Rauf bu torpağı zor-xoş adamın əlindən almaq istəyir:
    “Bəs bu Raufun belə əl-qol açmasına, hətta ən yüksək səviyyədə himayə edilməsinə səbəb nədir? Adam şəhid qardaşıymış! Allah o şəhidə rəhmət eləsin. Amma bir adam öz şəhid qardaşının adı arxasında gizlənərək belə əməllərə əl atırsa, əminəm ki, torpaq uğrunda özünü fəda etmiş o müqəddəs şəhidin ruhu heç şad olan deyil!”

    Biz bildiyimiz şəhid yaxınları ən adi məsələdə belə diqqətlə davranır ki, şəhidin adına xələl gəlməsin. Amma bu adam şəhid adı arxasında gizlənib vətəndaşın torpağını zəbt edir! Ayıb, çox böyük ayıb, - yazan Azər Həsrət bildirir ki, Şəhidə gəlincə, bu, Raufun qardaşı – Babək Meyvəddin oğlu Ramaldanovdur. Məkanı cənnət olsun, 44 günlük Vətən Savaşında – 16 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində həlak olub. Nə deyim? İnsan da şəhid qardaşının qanı üzərindən belə əməllərə əl atarmı?..
    Qeyd: Şəhid ailələri bizim baş tacımızdır. Amma bu, heç bir şəhid ailəsinə imtiyaz vermir ki, bu addan sui-istifadə etsinlər. Hər bir imtiyazlı şəxs imtiyazın həm də məsuliyyət olmasını unutmamalıdır.
    Mövzu il bağlı adıçəkilən qurumdan mövqe öyrəndik. DİN Mətbuat Xidmətinin Quba Regional qrupunun rəhbəri, polis leytenantı Xəyal Talıbov Azadmedia.az-a bildirdi ki, sözügedən torpaq sahəsi Rauf Meyvəddinoviç Ramaldanova məxsusdur. Reyester Xidmətində qeydiyyatı da var. Sadəcə uzun müddət torpaq istifadəsiz qalıb, Azər Həsrətin qohumu istifadə edib. Söhbətin şəhid ailəsi statusuna heç bir aidiyyatı yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR