Azadmedia.az-ın poçtuna şikayət məktubu daxil olub. . Məktubda Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının 2011-ci ildə layihə sənədləri dövlət ekspertizasından keçirilmədən inşa edilməsi və hazırda obyektin istismara müvafiq qaydada qəbul olunmadan istismar edilməsi barədə məlumat verilərək qeyd edilir ki, illər öncə həmin şadlıq sarayında çökmə və çatlar da baş vermişdi və sonra düzəldildi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatdan keçməmiş, dövlət ekspertizasından keçirilmədən inşa edilmiş və istismara qəbul olunmamış bir şadlıq sarayı necə ola bilər ki, illərdir istifadə (istismar) olunur? Bu qanunsuz hala nəyə görə və kimlər göz yumub? Şadlıq sarayında toy zamanı zəlzələ nəticəsində və ya hər hansısa digər səbəbdən bina uçub dağılsa və yüzlərlə insan həlak olsa buna görə kimlər məsuliyyət daşıyacaq?
Dost və qardaş Türkiədə baş vermiş zəlzələ hər birimizi kədərləndirmidir. Təbii ki, Türkiyənin acısı acımız sevinci sevincimizdir. Düşünürəm ki, bizlər bu hadisədən həm də dərs çıxarmalıyıq.
Şikayətçinin məktubunu və Dövlət Şəhərsalma və Arixtektira Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun imzası ilə Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib-verilməməsi barədə Komitəyə hər hansısa məlumat təqdim edilmədiyini bildirirən sənədi təqdim edirik. İnanırıq ki, toy zamanı bədbəxt hadisə baş vermədən problem həllini tapacaq. Mövzuya qayıdacağıq.
Azadmedia.az saytının baş redaktoru xanım Abuşova Elnurəyə
E-mail: azadmedia@mail.ru
Əliyev Qara Şirəli oğlu tərəfindən Ünvan: Saatlı şəh., M.Əliyev, ev.15
E-mail: qara.eliyev.40@bk.ru
ŞİKAYƏT ƏRİZƏSİ
Dost və qardaş Türkiədə baş vermiş zəlzələ hər birimizi kədərləndirmidir. Təbii ki, Türkiyənin acısı acımız sevinci sevincimizdir. Düşünürəm ki, bizlər bu hadisədən həm də dərs çıxarmalıyıq.
Məsələn mən 31.01.2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə və HüquqMühafizə orqanlarına, Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının 2011-ci ildə layihə sənədləri dövlət ekspertizasından keçirilmədən inşa edilməsi və hazırda obyektin istismara müvafiq qaydada qəbul olunmadan istismar edilməsi barədə müraciət etmişəm. İllər öncə həmin şadlıq sarayında çökmə və çatlar da baş vermişdi və sonra düzəldildi.
Mən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixtektira Komitəsinə müraciət edərək “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib verilməməsi ilə bağlı mənə, məlumat verilməsini xahiş etdim. Dövlət Şəhərsalma və Arixtektira Komitəsinin sədrinin birinci müavini cənab Namiq Hümmətovun imzası ilə mənə 10.01.2023-cü il tarixində cavab məktubu göndərildi. Həmin cavab məktubunda “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib verilməməsi barədə Komitəyə hər hansısa məlumat təqdim edilmədiyi bildirilmişdir.
Dövlət Şəhərsalma və Arixtektira Komitəsində qeydiyyatdan keçməmiş, dövlət ekspertizasından keçirilmədən inşa edilmiş və istismara qəbul olunmamış bir şadlıq sarayı necə ola bilər ki, illərdir istifadə (istismar) olunur? Bu qanunsuz hala nəyə görə və kimlər göz yumub? Şadlıq sarayında toy zamanı zəlzələ nəticəsində və ya hər hansısa digər səbəbdən bina uçub dağılsa və yüzlərlə insan həlak olsa buna görə kimlər məsuliyyət daşıyacaq?
Media nümayəndəsi olaraq sizdən xahiş edirəm ki, Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının fəaliyyəti yuxarıda qeyd etdiyim səbəblərə görə dayandırılması barədə olan bu marciətimi öz xəbər saytınızda dərc edəsiniz ki, bəlkə aidiyyatı qurumlar buna münasibət bildirdi.
İmza: Əliyev Qara
Tarix: 14.02.2023
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.