Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Düşüncəni Rəngləndir” layihəsi əsasında Lənkəran gəncləri üçün tədbir keçirildi.
Layihə rəhbəri Rövşən Ağasizadə iştirakçılara layihə haqqında ətraflı məlumat verərək Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edib ki, 3 aylıq icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir. Layihəyə seçilən 18 gənc, təlimlərə cəlb olunub. Əsas məqsədi regionda yaşayan gənclərin yaradıcı düşüncəsini artırmaq, analiz qabiliyyəti və yumuşaq bacarıqlar istiqamətlər üzrə bilik və bacarığını artırmaqdır. Layihə çərçivəsində 3 gün ərzində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirin açılış mərasimində layihə rəhbərindən savayı, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də çıxış edərək Gənclər Fondunun dəstəklədiyi layihələrdən, regiondakı gənclərin fəallığı ilə bağlı məlumatlandırıb, iştirakçılara uğurlar arzulayıb.
Layihə ərzində təlimçi Həsən Rəhimli tərəfindən kritik düşünmə sənəti, emosional zəka və duyğuların idarə edilməsi, maliyyə intellekti və pulu idarə etmə təfəkkürü, analitik bacarıqlar və s. mövzular üzrə təlimlər və diskussiyalar təşkil edilib. Layihə ərzində uğurla iştirak edən hər bir gənc, sertifikatla təltif olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.