SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub. Qurumdan Azadmedia.az-a verilən məlumata görə aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub. Arzum Sultanov, Dilbər Əhmdova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı olub. Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.