AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu müəmmalar aydınlıq gəlməlidir mütləq

  • + A
  • - A
  • 5-03-2023, 00:20

    Bu müəmmalar aydınlıq gəlməlidir mütləq

    Hardasa 6 il öncə dərsdən çıxandan sonra halım pisləşdi, çox ağrı var idi, yeriyəndə yıxılırdım. Dərhal taksiyə oturub "Semaşko"-ya getdim. Orda təcili yardıma müraciət elədim. Dedilər yüksək təzyiq ürəyinə təsir edib, dərhal müalicə lazımdır. Yoxladılar, iynə vurdular. Sakitləşəndən sonra getmək istəyəndə həkim qoymadı, dedi ən azı 3 saat yatmalısan. Sistem qoymalıyıq ki, ürəyin qaydasına düşsün. İsrar elədim, dedim sənəd verin imzalayım ki, öz razılığım ilə getmişəm. Vermədilər, dedilər bu sənəd analizləri yaxşı çıxan xəstələrə verilə bilər, amma sən mütləq ən azı 3 saat burda nəzarət altında olmalısan. Məni getməyə qoymadılar, məcbur edib 4 saat saxladılar, sistem qoşdular, düzəldim. Evə gəldim..sonra bir neçə gün zəng edib halımı soruşurdular. Sənəd imzalamağa qoymadılar.
    Bunu nəyə gətirirəm. Tibbdə İltizamnamə deyilən sənəd var, bu xəstənin keçirəcəyi əməliyyat, onun xəstəxanada hüquqları, həkimin xəstə qarşısında öhdəlikləri, xəstənin öz öhdəlikləri haqqında həm həkim tərəfindən, həm də ki xəstə tərəfindən imzalanmış bir razılaşma formudur. Bunun açıqlaması odur ki, xəstəyə xəstəliyi haqqında bütün məlumatlar verildi. Hüquqi olaraq bütün məlumatlar verildi və xəstənin müalicə periodunda vəzifə borcları nədir, onu nə gözləyir, hüquqları nədir xəstə kimi və həkim hansı öhdəlikləri xəstə qarşısında götürmüşdür.
    Yəni ağır əməliyyat zamanı bu sənəd imzalanır, yaxud koronavirus zamanı imzalanır ki, xəstə heç hara çıxmasın.
    Hacı Şahin ölümündən öncə “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub. Ona xəstəxanada yatmaq tövsiyə edilib. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib.
    Və burda sual çıxır. Xəstəxana iddia edir ki, Hacı çoxdanın ürək xəstəsi olub, amma köməkçisi deyir ki, Hacı ürəyindən şikayət etməyib. Bu müəmma bir, ikinci müəmma xəstəxana deyir Hacı sənədlərə imza atıb, amma kəskin miokard infarktı, səyrici aritmiyası olan xəstədən iltizamnamə almaq nə deməkdir?!Belə xəstəni necə evə buraxmaq olar?"
    Müəmma üç, belə halda xəstə təkid edibsə demək ki, həkim xəstəyə xəstəliyini düzgün izah edə bilməyib. Ona ətraflı izah verilməyib.
    Qanunla bu tip xəstələr əgər özlərini narahat hiss edirlərsə, həkim onları bəzi analizlərdən keçirməlidir. Əgər analizlər təmizdirsə, xəstə evə buraxıla bilər və bu zaman iltizamnamə alına bilər.

    Hacının ölümünün səbəblərində onu yoxlayan həkimlərin ciddi səhlənkarlığı və qeyri peşəkarlığı durur fikirimcə. Bu müəmmalar aydınlıq gəlməlidir mütləq..
    Zaur Əliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR