AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvan şəhərinin abonentlərinin müraciətlərini RQİİ-nin rəhbər şəxsləri qeydiyyata aldılar

  • + A
  • - A
  • 6-03-2023, 22:26

    Şirvan şəhərinin abonentlərinin müraciətlərini RQİİ-nin rəhbər şəxsləri qeydiyyata aldılar

    SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Şirvan şəhərində keçirilib. Ənənəyə uyğun olaraq Salyan RQİİ-nin rəisi Azər Musayev çıxış edərək tədbiri açıq elan edib. A. Musayev abonentlərin müraciətləri sayəsində qaz təchizatındakı problemləri aşkara çıxarmağın daha asan olduğunu bildirib. Bu məqsədlə mikrofonu aksiya iştirakçılarının ixtiyarına verib. Natəvan Əliyeva fərdi yaşayış evinin önündə qapı keçidinin quraşdırılmasını xahiş edib. Şəhərin 140 mənzilli bina sakinləri adından çıxış edən Yaqub Alışov qaz xətlərinin yenisi ilə əvəzlənməsini istəyib. Ünvanlanan 7 müraciətdən 2-si isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

    Azadmedia.az ətraflı video materialda təqdim edir:





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR