Millət vəkili Məşhur Məmmədov Baharın ilk həftəsində Masallı rayonunda seçicilərlə qəbul-görüş keçirib.
Millət vəkilinin köməkçisi Əli Nağıyevin Azadmedia.az-a verdiyi məlumata görə Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının konfrans zalında keçirilən qəbulda 2 nəfəri şəhid ailəsi, 2 nəfəri Qazi, 2 nəfəri isə Vətən müharibəsi iştirakçısı olmaqla ümumilikdə 18 seçici iştirak edib.
Qəbulda YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edib.
Millət vəkili seçiciləri dinlədikdən sonra məsul şəxslərin müdaxiləsi ilə bəzi məsələlər yerindəcə həllini tapıb.
Digərlərinin həlli üçün müvafiq tapşıqlar verilib.
Bir qism vətəndaş deputat tərəfindən Novruz bayramı ilə əlaqədar maddi dəstəklə təmin edilib.
Millət vəkili Məşhur Məmmədov bildirib ki, Novruz ab-havalı görüşlər davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.