Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə 29 mart 2023-cü il tarixində tədbir həyata keçiriləcək. Milli Elmlər Akademiyasının Gəncə Bölməsində baş tutacaq tədbirdə Gəncə, Mingəçevir, Goranboy, Göygöl və Yevlax Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkli üzrə inspektorları, rayon Polis İdarələrinin Post Patrul Xidmətinin Manqa Komandirləri, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak edəcəkdir. Tədbir zamanı, ekspertlər tərəfindən iştirakçılara uşaq əməyinin formaları, uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar və onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi, eləcə də uşaqların insan alveri qurbanına məruz qalmasının qarşısının alınması barədə məlumatlar veriləcək və müzakirələr aparılacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.