AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycanda pambıqçılığın inkişafında elmin rolu” mövzusunda dəyirmi masa keçirildi

  • + A
  • - A
  • 29-03-2023, 22:00

    "Azərbaycanda pambıqçılığın inkişafında elmin rolu” mövzusunda dəyirmi masa keçirildi

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitununda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən silsilə tədbirlər davam edir. İnstitutdan Azadmedia.az-a verilən məlumata görə bu gün keçirilən dəyirmi masada “Azərbaycanda pambıqçılığın inkişafında elmin rolu” təhlil edilmiş, bu məsələlərin həllində Heydər Əliyevin xidmətləri qeyd olunmuşdur. Dəyirmi masada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru, akademik İbrahim Cəfərov, GDU-nun botanika kafedrasının müdiri, elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, həmin kafedranın professor əvəzi, biologiya elmləri doktoru Aynur Bayramova, ATU-nun innovasiya və elmi işlər üzrə prorektoru , professor, iqtisad elmləri doktoru Mayis Gülalıyev, AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident təqaüdçüsü, tarix elmləri üzrə fəlsəfə doktoru Elnur Həsənov, Göygöl DAİM sədri Elməddin Əhmədov, Daşkəsən DAİM sədri Rahil Həsənov və digərləri iştirak etmişlər. Çıxış edənlər Heydər Əliyevin aqrar sahənin, aqrar elmin, pambıqçılığın inkişafına verdiyi dəyərlərdən bəhs etmişlər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR