AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şabran sakinləri qaz təchizatı ilə bağlı istəklərini “Açıq mikrofon”da ünvanladılar

  • + A
  • - A
  • 5-04-2023, 17:58

    Şabran sakinləri qaz təchizatı ilə bağlı istəklərini “Açıq mikrofon”da ünvanladılar

    SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Şabran rayonunun sakinlərinin ixtiyarında olub. Aksiyada ümumilikdə 10 müraciət ünvanlanıb ki, bu müraciətlərdən 4-ü elə 4 kəndin sakinləri adından səsləndirilib. Daha dəqiq desək, rayonun Çayqaraqaşlı, Çölquşçu, Xəlfələr və Hacıqaraqaşlı kəndlərinin qazlaşdırılmasını Nadir Məmmədov, Süleyman Şıxəliyev, Eyvaz Allahyarov və Elməddin Quliyev xahiş ediblər. Bundan başqa aksiyada çıxışı zamanı küçə qaz xəttinin çəkilməsini və sayğacın yerinin dəyişdirilməsi istəyənlər də olub. Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR