SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub. Aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb. Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub. Aksiyaya qatılan digər 3 sakin isə SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar. Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.