AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

REFEM market işçiləri müqaviləsiz 16 saat işlədir - ŞİKAYƏT

  • + A
  • - A
  • 11-04-2023, 11:17

    REFEM market işçiləri müqaviləsiz 16 saat işlədir - ŞİKAYƏT

    Azadmedia.az-a Lənkərandan şikayət məktubu daxil olub. Şikayətçi işsizlikdən istifadə edən rəhbərliyin onları müqaviləsiz 16 saat işlətdiyini bildirərək əlaqədar orqanlardan məsələ ilə məşğul olmalarını xahiş edir. İnanırıq ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məsələ ilə yerində məşğul olacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Məktubu olduğu kimi nəzərinizə çatdırırıq:

    "Salam. Sizə yazdığım bu anonim şikayəti Lənkərandan yazıram və xahiş edirəm saytınızda paylaşasınız. Lənkəran şəhərində REFEM marketdə çalışıram. Sayı günü-gündən artan mağazanın işçilərə verdiyi dəyər heçə bərabərdir və əmin olun hamı əlacsızlıqdan burada çalışır. Çox maraqlıdır ki, işçilərinin yarısından çoxu əmək kitabçasız çalışan market şəbəkəsini bu boyda böyük şəhərdə necə olur ki, lazımi qurumlar görmür və ya bilmir. İş saatımız haqqında gəlsin maraqlansınlar. Burda yeni işçilər var 200-250 manata 15-16 saat işləyir. Yeməyi evimizdən gətiririk amma yeməyə nə şərait var nə də vaxt verilir. Burda fasilə deyilən anlayış yoxdur, ayaqüstü kim harda yeyə bildi yeyir. Günortamızı saat 4-5də ancaq yeyə bilirik, su içməyə belə zamanımız olmur. Lütfən gəlsin aidiyyatı qurumlar bir maraqlansınlar bu ölkənin çalışan vətəndaşlarıyla, burada çalışanlarla gizli sorğu-sual edilsin və görsünlər bu yazılanlar gerçəkdir ya yox".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR