AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda din xadimləri ilə görüş keçirilib

  • + A
  • - A
  • 13-04-2023, 23:09

    Masallıda din xadimləri ilə görüş keçirilib

    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Masallıda din xadimləri ilə görüşüb.
    Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü Ağarəşid Talıbov və din xadimləri iştirak ediblər.
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Ali təhsil müəssisəsi yarandığı gündən ölkəmizdə tolerant və multikultural mühitin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səylə çalışır. Aİİ bu dəyərləri qoruyacaq, Vətəninə, xalqına ləyaqətlə xidmət edəcək savadlı din xadimlərinin yetişdirilməsi yönündə səylə fəaliyyət göstərir.
    Aİİ rektoru Aqil Şirinov təmsil etdiyi İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Rektor bildirib ki, sərəncamda da qeyd olunduğu kimi, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
    İnstitut rəhbəri daha sonra bildirib ki, din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir. Cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, bununla yanaşı Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mənimsəmiş kadrlar lazımdır. Unutmaq olmaz ki, din müasir dünyada, təəssüf ki, təkcə mənəviyyat deyil, eyni zamanda, təhlükəsizlik məsələsidir.
    Ölkəmizdə İlahiyyat İnstitutunun timsalında yüksəksəviyyəli ali dini təhsil ocağının fəaliyyət göstərdiyini qeyd edən rektor bildirib ki, gənclərimiz, artıq dərin dini və dünyəvi biliklərə yiyələnərək, din xadimi ola bilərlər və bunun üçün xaricə gedib dini təhsil almağa ehtiyac yoxdur. Rektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığını, eyni zamanda, onlara yeməkpulu və adlı təqaüdlərin də verildiyini diqqətə çatdırıb.
    QMİ Qazılar Şurasının üzvü Ağarəşid Talıbov din təhsilinin önəmindən bəhs edib. Sovet vaxtında dinə münasibət barədə danışan qazı A.Talıbov Azərbaycan müstəqillik qazandıqdan sonrakı mərhələdə dövlət-din münasibətlərindən, dövlətin dini ibadət ocaqlarına qayğısından söhbət açıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının da bu sahədə atılan ən önəmli addımlardan biri olduğunu vurğulayıb.
    Görüş müzakirələrlə davam edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR